Modern.az

32 ildən sonra qələbə qazandılar

32 ildən sonra qələbə qazandılar

İdman

26 May 2024, 01:00

Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.

 

Modern.az xəbər verir ki, finalda "Kaiserslautern" və "Bayer" komandaları üz-üzə gəlib. Görüş Leverkuzen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.

 

Xabi Alonsonun komandası sonuncu dəfə Almaniya Kubokuna 1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.

 

Qeyd edək ki, "Bayer" bu mövsüm ölkə çempionu olmağı da bacarıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)