Modern.az

Avro-2024: İspaniya 4-cü dəfə Avropa çempionu oldu- VİDEO

Avro-2024: İspaniya 4-cü dəfə Avropa çempionu oldu- VİDEO

15 İyul 2024, 00:55

Almaniyada Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçı başa çatıb.

 

Modern.az xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.

 

Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.

 

***

00:51

Almaniyada Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında növbəti qol vurulub.

 

Modern.az xəbər verir ki, Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda önə çıxarıb - 2:1.

 

***

00:36

Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyunda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, ingilislərin üzvü Koul Palmer 73-cü dəqiqədə bərabərlik qolunu vurub.

 

***

00:08

 

Almaniyada Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında hesab açılıb.

 

Modern.az xəbər verir ki, İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0.

 

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

 

***

23:02

Almaniyada keçirilən Avropa çempionatının final oyununda üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasında oyun başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Görüşü fransalı hakim Fransua Leteksye idarə edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri