Modern.az

"Qarabağ" bu gün "Linkoln"la qarşılaşacaq

"Qarabağ" bu gün "Linkoln"la qarşılaşacaq

23 İyul 2024, 09:46

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaq.

 

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşün baş hakimi İştvan Vad (Macarıstan) olacaq.

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. "Linkoln" - "Qarabağ"

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa Point Stadium”.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri