Modern.az

Haci millinin baş məşqçisi ola bilər​​​​​

Haci millinin baş məşqçisi ola bilər​​​​​

23 İyul 2024, 23:09

Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasına rəhbərlik edə bilər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rumıniya Futbol Federasiyası boş qalan posta 59 yaşlı mütəxəssisi təyin etmək istəyir. Bununla bağlı veteran oyunçu ilə müzakirələr aparılıb.

 

Razılıq əldə olunarsa, G.Haci ilə rəsmi müqavilə imzalanacaq.

 

Rumıniya millisini son olaraq Edvard Yordanesku çalışdırıb. O, Almaniyada keçirilmiş Avropa çempionatından sonra komandadan ayrılıb.

 

Qeyd edək ki, George Haci 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri