Modern.az

"Qarabağ” - “Linkoln” matçının hakimləri dəyişdirildi

"Qarabağ” - “Linkoln” matçının hakimləri dəyişdirildi

24 İyul 2024, 11:08

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq "Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.

 

Modern.az xəbər verir ki, görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.

Baş hakim Yakob Sundberqə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.

Qeyd edək ki, bundan əvvəl oyuna ukraynalı hakimlər təyinat almışdı. Cavab qarşılaşması iyulun 30-da Tofiq Bərhamov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri