Modern.az

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verildi

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verildi

24 İyul 2024, 17:56

Bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib.

 

Modern.az xəbər verir ki, açılış oyunları futbol matçları ilə başlayır. Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

 

Bu gün daha iki oyun keçiriləcək. Saat 21:00-da İraq–Ukrayna, saat 23:00-da isə Fransa-ABŞ yığmaları münasibətlərini aydınlaşdıracaqlar.

 

Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək.

 

Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri