Modern.az

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçdi

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçdi

İqtisadiyyat

8 İyun 2023, 12:50

"Muğan Bank" ASC-yə 2 yeni səhmdar gəlib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunlar keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.

 

Onların hər biri Bankda 40 % pay əldə edib.

 

Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74 %-dən 0,78 %-ə, Fəridə Mehdiyevanın payı 21,61 %-dən 10,89 %-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65 %-dən 8,33 %-ə düşüb.

 

Beləliklə, Vəliyevlərin Bankdakı payı 10,65 %-dən 88,33 %-ə, Mehdiyevlərin payı isə 89,35 %-dən 11,67 %-ə dəyişib.

 

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır