Modern.az

7 qəzetdə 2500 səhv aşkarlanıb

7 qəzetdə 2500 səhv aşkarlanıb

Media

25 Noyabr 2022, 11:10

Azərbaycanda nəşr olunan 7 qəzetdə aparılmış dil monitorinqi zamanı 2500 səhv aşkarlaıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Mətanət Xudiyeva bildirib.

 

M.Xudiyeva qeyd edib ki, monitorinq zamanı aşkarlanan 2500 dil faktından 1769-u hesabata daxil edilib:

 

"744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib. Monitorinq 1 aylıq dövrü əhatə edib. Aşkar edilmiş nöqsanlar daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi şəkilində müşahidə olunub".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?