Modern.az

"Kəpəz" nigeriyalı futbolçunu transfer etdi 

İdman

17 İyul 2023, 18:57

Transfer çalışmalarını davam etdirən “Kəpəz” komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Modern.az Gəncə təmsilçisinə istinadən xəbər verir ki, komanda Olavale Onanuqa ilə anlaşıb.

 

İyirmi beş yaşlı dayaq yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb.

 

Qeyd edək ki, nigeriyalı oyunçu son olaraq Albaniyanın “Kastrioti” komandasının formasını geyinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri