Modern.az

Macarıstan Kiyevə kaset bombalarının verilməsinə qarşı çıxdı

Macarıstan Kiyevə kaset bombalarının verilməsinə qarşı çıxdı

Dünya

19 İyul 2023, 16:08

Macarıstanın xarici işlər naziri Peter Siyarto kaset bombalarının Ukraynaya göndərilməsinə qarşı çıxıb.


Modern.az xəbər verir ki, o, bu barədə Ukraynanın “M1” kanalına müsahibəsində bildirib.


Nazirin sözlərinə görə, belə sursatlardan istifadə humanitar sahədə faciəvi nəticələrə səbəb ola bilər.


"Biz hamını kaset bombaları və hər hansı digər silahlar əvəzinə qonşu ölkəyə sülh gətirmək və insan həyatını xilas etmək üçün tədbirlər görməyə çağırırıq", - XİN rəhbəri qeyd edib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri