Modern.az

\"Vaqner\" terror təşkilatı elan edildi

\

15 Sentyabr 2023, 18:23

Britaniya hökuməti Rusiyanın "Vaqner" özəl hərbi şirkətini terror təşkilatları siyahısına əlavə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

 

Müvafiq qərar sentyabrın 6-da Britaniya parlamenti tərəfindən qəbul edilib.

 

Bununla da Böyük Britaniyada "Vaqner"in fəaliyyətini dəstəkləmək cinayət sayılır. Maksimum həbs müddəti 14 ildir. Böyük Britaniyada terrorçu kimi tanınan qrupun simvollarını geymək 6,3 min dollara qədər cərimə və ya altı aya qədər həbslə cəzalandırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri