Modern.az

Rusiya İsraildəki müharibədən yararlanmaq istəyir

Rusiya İsraildəki müharibədən yararlanmaq istəyir

11 Oktyabr 2023, 15:38

Rusiya İsraildəki müharibənin ABŞ-ı Ukraynadan yayındıracağını gözləyir.


Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

 

Məlumata görə, Kreml hesab edir ki, ABŞ-ın İsrail münaqişəsinə diqqəti Kiyevə silah tədarükünün səngiməsinə səbəb olarsa, Kreml başçısı Vladimir Putin məqsədlərinə daha ​​tez nail olunacaq.

 

Qeyd edək ki, İsraildəki münaqişənin oktyabrın 11 və 12-də Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşü çərçivəsində müzakirə ediləcəyi gözlənilir.

 

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun aylıq iclasında (Ramşteyn 16) Kiyevin müttəfiqləri də silah təchizatını müzakirə edəcəklər.
 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi