Modern.az

Hakan Fidan Mirzoyanla nələri müzakirə etdi...

Hakan Fidan Mirzoyanla nələri müzakirə etdi...

1 Mart 2024, 21:11

Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

 

Modern.az xəbər verir ki, Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər.

 

Nazirlər bu istiqamətdə mümkün konkret addımlar barədə fikir mübadiləsi aparıblar.

 

Tərəflər həmçinin dünyadakı və regiondakı vəziyyəti də müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri