Modern.az

Kürdə suyun səviyyəsi ARTIB

Kürdə suyun səviyyəsi ARTIB

14 Aprel 2024, 17:29

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb.

 

Modern.az-ın məlumatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib.

 

Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb. Proses hələ də davam edir.

 

Mütəxəssislər hesab edir ki, çayda artımın bu tempi yaxın vaxtlarda qrunt sularının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu