Modern.az

Müdafiə Nazirliyinin həbsdə olan generalının yerinə TƏYİNAT

Müdafiə Nazirliyinin həbsdə olan generalının yerinə TƏYİNAT

24 May 2024, 15:48

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, bu barədə general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

 

Əmrə əsasən, bu vəzifəyə polkovnik Rəşad Babayev təyin edilib.

 

Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov isə hazırda həbsdədir.

 

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.az yayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı