Modern.az

Həlak olan hərbçiyə şəhid statusu veriləcək? - AÇIQLAMA

Həlak olan hərbçiyə şəhid statusu veriləcək? - AÇIQLAMA

16 İyul 2024, 12:52

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub. 

 

Müddətdən artıq xidmət edən hərbi qulluqçumuz uçqun altında qalaraq vəfat edib. 1981-ci il təvəllüdlü hərbçi üç uşaq atası olub.

 

Modern.az-ın məlumatına görə, həlak olan hərbçiyə şəhidlik statusu verilə bilər. 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğuya cavab olaraq deyib ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir:

 

"Bildiriş daxil olarsa şəhid statusu verilə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri