Modern.az

ATƏT-də səfirliyə hücum edən terrorçunun cəzalandırılması tələb edildi

ATƏT-də səfirliyə hücum edən terrorçunun cəzalandırılması tələb edildi

24 Fevral 2023, 16:08

Bu gün Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev İrandakı səfirliyimizə edilən terror hücumunu qəti şəkildə pisləyən ATƏT üzvlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT PA-nın prezidenti Marqareta Sederfeltə təşəkkür edib.

 

Modern.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, İran Azərbaycan səfirliyinə ölümlə nəticələnən terror hücumuna görə birbaşa məsuliyyət daşıyır.

 

"Azərbaycan terror aktını hazırlayan və törədənlərin qısa müddətdə ədalət mühakiməsinə cəlb olunmasını və cəzalanmasını gözləyir", - deputat deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir