Modern.az

Ərdoğan Makronla Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib

Ərdoğan Makronla Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib

Parlament

12 İyul 2024, 12:42

Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Fransa prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Respublika prezidenti (Makron - red.) regionda yeni səhifə aça biləcək sülh sazişinin tezliklə əldə edilməsi məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqa dəstəyimizi bir daha təsdiqlədi”, - bəyanatda deyilir.

NATO dövlət və hökumət başçılarının sammiti çərçivəsində Makron və Ərdoğan Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan Makrona Türkiyənin Avropa Birliyinə daxil olması prosesində Fransadan dəstək gözlədiyini deyib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə