Modern.az

YAP-ın qadın namizədləri - Ötən seçkilərdəkindən ÇOXDUR

YAP-ın qadın namizədləri - Ötən seçkilərdəkindən ÇOXDUR

Parlament

19 İyul 2024, 11:39

Prezident İlham Əliyevin sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

Hazırda namizədliyi irəli sürülən şəxlərin sənədlərinin təqdim olunması prosesi davam edir. Proses avqustun 2-si 18:00-da yekunlaşacaq.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizdəliyi irəli sürülmüş namizədlərinin tam siyahısını açıqlayıb.

Maraq doğuran məqamlardan biri də hakim partiyanın siyahısında ötən illərə nisbətən qadınların daha çoxluq təşkil etməsidir.

Belə ki, YAP-ın qarşıdakı seçkilər üçün namizəd siyahısında 33 qadın yer alıb.

Onlardan ikisi işğaldan azad olunmuş ərazilərdən namizədliyi irəli sürülən şəxslərdir (123 saylı Kəlbəcər seçki dairəsindən Əhmədova Aidə Ələsgər qızı; 124 saylı Şuşa - Ağdam - Xocavənd seçki dairəsindən Babışova Leyla Adil qızı). 

Müqayisə üçün xatırladaq ki, 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri üçün YAP-ın namizədlər siyahısında 26 qadın var idi.


VI çağırış Milli Məclisdə 22 qadın mandat əldə etmişdi. Qalib gəlmiş qadınlardan 1 nəfər Naxçıvan Muxtar Respublikasından, 7 nəfər Bakıdan, 13 nəfər isə bölgələrdən seçilmişdi.


Bu il namizədliyi irəli sürülmüş qadınların adlarını təqdim edirik:
 

5 saylı Babək - Naxçıvan - Culfa                   Həmzəyeva Ülviyyə Tapdıq qızı;

8 saylı Binəqədi birinci                                    Mirzəyeva Həcər Niyazi qızı;

11 saylı Binəqədi - Qaradağ                            Xasayeva Səbinə Səməd qızı;

12 saylı Xəzər birinci                                       Maniyeva Aygün Şaitdin qızı;

14 saylı Xəzər - Pirallahı                                 Rəsulova Vüsalə Elman qızı;

21 saylı Nəsimi - Binəqədi                              İbrahimqızı Məlahət İbrahim qızı;

26 saylı Sabunçu birinci                                 Hacıyeva Afaq Şirzad qızı;

27 saylı Sabunçu ikinci                                   Qasımova Səbinə Məmmədağa qızı;

29 saylı Sabunçu dördüncü                            Abdullazadə İlahə İntiqam qızı;

30 saylı Suraxanı birinci                                 Fətəliyeva Sevinc Həbib qızı;

32 saylı Suraxanı üçüncü                               Həsənova Afət Əbil qızı;

35 saylı Xətai üçüncü                                     Vəliyeva Pərvanə Bulut qızı;

36 saylı Xətai -Suraxanı                                 Hacıyeva Nərminə Aslan qızı;

39 saylı Gəncə ikinci                                       Kərimzadə Pərvin Orxan qızı;

42 saylı Sumqayıt birinci                                 Hüseynova Hicran Kamran qızı;

44 saylı Sumqayıt üçüncü                               Vəliyeva Mehriban Hidayət qızı;

46 saylı Sumqayıt beşinci                               Akimova Elnarə Seydulla qızı;

48 saylı Abşeron birinci                                  Məmmədova Nigar Fikrət qızı;

58 saylı Xaçmaz kənd                                     Əskərova Könül Rəcəb qızı;

60 saylı Quba - Qusar                                     Bağırova Fidan Yusifəli qızı;

62 saylı Kürdəmir                                            Kazımova Yadigar Təvəkgül qızı;

73 saylı Masallı - Cəlilabad                              Əliyeva Aytən Ədalət qızı;

89 saylı İsmayıllı                                              Allahverdiyeva Xavər Şahı qızı;

92 saylı Göyçay - Ağdaş                                  Məmmədyarova Firəngiz Rafiq qızı;

95 saylı Zərdab - Kürdəmir - Ucar                   İsmayılova Səliqə Oruc qızı;

99 saylı Bərdə                                                 Yıldırım Fatma Vidadi qızı;

102 saylı Şəmkir şəhər                                   Qafarova Sahibə Əli qızı;

104 saylı Gədəbəy                                          Hüseynova Sevinc Əmirəhməd qızı;

107 saylı Tovuz - Qazax - Ağstafa                  Aslanova Humay Tofiq qızı;

111 saylı Zaqatala - Balakən                          Mahmudova Vüsalə Yusif qızı;

116 saylı Qəbələ                                              Tağıyeva Ədilə Əli qızı;

123 saylı Kəlbəcər                                             Əhmədova Aidə Ələsgər qızı;

124 saylı Şuşa - Ağdam - Xocavənd                 Babışova Leyla Adil qızı.
 

Qeyd edək ki, digər partiyalar tərəfindən də qadınların namizədliyi irəli sürülüb. Bununla da demək olar ki, bu seçkilərdə qadınların aktivliyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-