Modern.az

Ermənilər Xankəndi-Gorus yolundakı vəziyyət barədə xəbər yaydılar

Ermənilər Xankəndi-Gorus yolundakı vəziyyət barədə xəbər yaydılar

Qarabağ

13 Sentyabr 2022, 10:09

Ermənilər Xankəndini Ermənistanla birləşdirən yeni yoldakı vəziyyətlə bağlı məlumat yayıblar.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məlumata görə, ötən gecə Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən hadisələrə baxmayaraq, Xankəndi-Gorus yolunda vəziyyətin sabit olduğu bildirilib.

Bununla belə, qeyd edilib ki, Xankəndi-Gorus yolunun müxtəlif hissələrinin hərbi əməliyyatların keçirildiyi yerlərə yaxın olmağı nəqliyyatın hərəkəti üçün təhlükəli ola bilər.

Xəbərdə ermənilərdən bir müddət yolla hərəkətdən çəkinməyə çağırış edilib.

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı