Modern.az

Ermənistanın Laçın yolu ilə bağlı iddiaları əsassızdır - Nazir

Ermənistanın Laçın yolu ilə bağlı iddiaları əsassızdır - Nazir

25 Fevral 2023, 16:06

Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitəsinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə fevralın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə deyib.

 

Həmçinin görüşdə hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi