Modern.az

Atam mənim indiki yaşımda Laçından köçkün düşmüşdü

Atam mənim indiki yaşımda Laçından köçkün düşmüşdü

29 Noyabr 2023, 08:40

Atam Laçından məcburi köçkün düşəndə mənim indiki yaşımda olub. Bu gün də mən atamın məcburi köçkün düşdüyü yaşada onunla Laçına qayıdıram.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Laçının azyaşlı sakini Amin Yusifli söyləyib.

 

Amin Laçında doğulmasa da, orada yaşamaq üçün çox həyəcanlandığını deyib: “Atamın doğma yurduna qayıtdığım üçün sevincliyəm. Bu hissləri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralılara şəfa və müharibə veteranlarına isə cansağlığı arzulayıram. Biz onların sayəsində bu gün işğaldan azad olunmuş ata-baba yurdumuza qayıdırıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri