Modern.az

Qarabağdakı sülhməramlılarla bağlı mühüm XƏBƏR - Danışıqlar başlayır...

Qarabağdakı sülhməramlılarla bağlı mühüm XƏBƏR - Danışıqlar başlayır...

12 Fevral 2024, 08:04

Qarabağdakı Rusiya sülhməramlıları öz funksiyalarını səmərəli şəkildə yerinə yetiriblər.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

 

O qeyd edib ki, antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni strukturları qoruyur.

 

"Sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır. Kontingentin burada qalma müddəti 2025-ci ildə başa çatır", - səfir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər