Modern.az

Laçının bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur

Laçının bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur

Qarabağ

2 Avqust 2024, 15:12

Bu ilin sonunda Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur. Sakinlər üçün həm çoxmənzilli, həm də fərdi evlərin tikilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

 

M.Məmmədov bildirib ki, işğaldan azad edilmiş Laçın rayonunda qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib.

 

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq bu işlər davam etdirilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına köçürülür. Bu ilin ikinci yarısında Bəylik və Güləbird kəndlərində fərdi evlərin tikintisi nəzərdə tutulur”, - deyə Məsim Məmmədov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR