Modern.az

Gədəbəy əhalisinin milli tərkibi: rayonda nə qədər rus yaşayır? - SİYAHI

Gədəbəy əhalisinin milli tərkibi: rayonda nə qədər rus yaşayır? - SİYAHI

Reportaj

21 Fevral 2024, 10:46

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Gədəbəy rayonunda əhalinin sayı 100 807 nəfər olub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Gədəbəy əhalisinin 50 802 nəfərini kişilər, 50 005 nəfərini qadınlar təşkil edib.

Rayonda əhali sayı ən çox olan yaşayış məntəqəsi Gədəbəy şəhəridkir (14 540 nəfər).

Gədəbəydə doğulanların gözlənilən ömür uzunluğunun 76,2 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Gədəbəydə 517 nikah bağlanıb, 125 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Gədəbəy rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).

Sonuncu siyahıyaalma zamanı Gədəbəydə yaşayan 95 469 nəfər azərbaycanlı olduğunu, 128 nəfər rus olduğunu bildirib.

Gədəbəydə rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir