Somalinin paytaxtı Moqadişoda prezident iqamətgahının yaxınlığında maşın partladılıb.
Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, partladıcı ilə təmin olunmuş avtomobili polisin atəş açmağı nəticəsində iqamətgahdan bir az uzaqda partlayıb.
“Polislər maşını müəyyən edib ona atəş açmağa başladılar. Ona görə də o, iqamətgaha yaxın mehmanxanalara çatmamış partlayıb” – mayor Məhəmməd Hüseyn Reuters agentliyinə müsahibəsində bildirib.
Ölənlər və zərərçəkənlər barədə hələ ki məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Somalidə bu cür partlayışlara görə məsuliyyəti “Əl Qaidə” terror təşkilatına biəd etmiş “Hərəkət Əş Şəbab” qruplaşması öz üzərinə götürüb.
Əvəz ZEYNALOV