Modern.az

Bakıda daha bir Türkiyə restoranı açıldı

Bakıda daha bir Türkiyə restoranı açıldı

Aktual

14 İyul 2018, 21:49

Bu gün Bakıda "Türkiyə-Bakı restoranı"nın açılışı olub. Modern.az xəbər verir ki, 8-ci Mikrorayon Cəfər Xəndan Küçəsi 50 ünvanında yerləşən restoranda həm Türkiyə, həm də Azərbaycan mətbəxinə aid olan təamları dadmaq mümkün olacaq.

 

Restoranda ailəvi istirahət üçün də bağlı otaqlar nəzərdə tutulub. Eyni zamanda restoranda açıq zal, banket üçün yer də var ki, burada da kiçik toy, nişan və digər bu kimi məclislərin keçirilməsi mümkündür. Belə ki, restoranın ümumilikdə, 14 kabineti var. Onlardan 4-ü, altı nəfərlik, 3-ü 12 nəfərlik, 1-i 20 nəfərlik kabinetlərdir. Bundan əlavə restoranın 30, 40 və 80 nəfərlik böyük zalı da ixtiyarınızdadır.

 

Türkiyə-Bakı restoranında müştərilər canlı musiqi də dinləyə biləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı