Modern.az

İran-Azərbaycan hərbi əlaqələri müzakirə olundu  

İran-Azərbaycan hərbi əlaqələri müzakirə olundu  

مورد توجه

24 Avqust 2021, 13:25

İranın Azərbaycandakı hərbi attaşesi Cavad Forutəni Naxçıvana səfəri çərçivəsində müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev ilə görüşüb.

 

Modern.az-ın məlumatına görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivləri və regiondakı mövcud vəziyyət müzakirə edilib.

 

Qeyd olunub ki, hər iki dövlət əlaqələri daha da genişləndirmək üçün böyük potensiala malikdir.

 

İranın Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Əhməd Hüseyninin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı