Modern.az

Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı

Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı

Aktual

24 Avqust 2021, 20:47

Gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan tranzit keçməklə gələn “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb.

 

Gömrük baxışı zamanı avtomobilin yük yerində gömrük nəzarətinə bəyan edilməyən 360 ampula, 34 qutu və 80 ədəd müxtəlif adda olan dərman preparatları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı