Modern.az

Ankara Moskvanı narazı salıb - Mariya Zaxarova DANIŞDI

Ankara Moskvanı narazı salıb - Mariya Zaxarova DANIŞDI

Aktual

24 Dekabr 2021, 15:00

Moskva Ankaradan Rusiyanın siqnallarını ciddi qəbul edəcəyini gözləyir.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə mərhum çeçen lider Cövhər Dudayevin adını daşıyan parkın açılmasını şərh edərkən bildirib.


“Bu cür hərəkətlər iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Rusiya terrorçuları, yaraqlıları, ekstremistləri tərifləmənin istənilən formalarını, praktikalarını, növlərini qəti şəkildə rədd edir. Bu, Moskvanın prinsipial mövqeyidir. Bu cür cəhdlər qəbuledilməzdir və şübhəsiz ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən ən qətiyyətli qınaq tələb olunur. Biz burada bir olmalıyıq. Bunlar dövlətlərimizin başçılarının qorunub saxlanmasına və möhkəmləndirilməsinə böyük diqqət yetirdiyi Rusiya-Türkiyə münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın ruhuna ziddir”, - Zaxarova bildirib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı