Modern.az

“Hadrutu işğalçılardan azad etməsəydik…”

“Hadrutu işğalçılardan azad etməsəydik…”

Aktual

24 Dekabr 2021, 16:13

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi.

 

Modern.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.

 

Hadrut əməliyyatının əhəmiyyətindən danışan dövlət başçısı deyib:



“Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”.

 
Ali Baş Komandan bildirib ki, İkinci Qarabağ müharibəsi göstərdi kim-kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi.



Dövlət başçısı deyib: “Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı