Modern.az

Rusiyadan Gürcüstana “3+3” formatı ilə bağlı çağırış

Rusiyadan Gürcüstana “3+3” formatı ilə bağlı çağırış

Aktual

24 Dekabr 2021, 16:20

Gürcüstanın “3+3” regional məsləhətləşmə mexanizmində iştirakı üçün qapı həmişə açıqdır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Platformanın dekabrın 10-da keçirilən ilk iclasında bütün ölkələr, o cümlədən Rusiya yekdilliklə Tbilisinin bu formatda iştirakında maraqlı olduğunu bildirib. Onlar razılaşıblar ki, Gürcüstan üçün qapı həmişə açıq qalır. Formatın bütün iştirakçıları işin davam etdirilməsində, praktiki qarşılıqlı əlaqənin qurulmasında maraqlıdırlar”.

Növbəti görüşün Ankarada keçirilməsinə gəlincə, rusiyalı diplomat izah edib ki, növbəti görüşün yeri və məzmunu bütün iştirakçıların konsensus əsasında Xarici İşlər nazirlikləri vasitəsilə razılaşdırılır:

“Biz ondan çıxış edirik ki, ilk növbədə ümumi maraq kəsb edəcək məsələlərə diqqət yetirmək vacibdir. Bunlar arasında ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, ümumi çağırış və təhdidlərlə mübarizə daxildir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı