Modern.az

“Aztelekom”a yeni baş direktor təyin olundu

“Aztelekom”a yeni baş direktor təyin olundu

Aktual

25 Dekabr 2021, 13:24

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

 

Modern.az xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.

 

2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

 

K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.

 

Bu vaxta qədər "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

 

Təyinatla bağlı faktı "Report"a qurumdan təsdiq ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı