Modern.az

Türkiyədə daha beş hava limanı istifadəyə veriləcək

Türkiyədə daha beş hava limanı istifadəyə veriləcək

Aktual

25 Dekabr 2021, 23:37

Hazırda Türkiyədə 56 hava limanı fəaliyyət göstərir. Gələn il istifadəyə veriləcək daha beş aeroportla ölkədəki hava limanlarının sayı 61-ə yüksələcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

 

Nazir qeyd edib ki, son 19 ildə yalnız rəhbərlik etdiyi nazirlik tərəfindən qardaş ölkənin nəqliyyat və infrastruktur sahəsinə 1 trilyon 150 milyard türk lirəsi məbləğində sərmayə qoyulub. Bunun 80 faizi dövlət büdcəsindən qarşılanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı