Modern.az

Consonun kameralara tuş gələn çılğın anları - FOTOLAR

Consonun kameralara tuş gələn çılğın anları - FOTOLAR

مورد توجه

8 İyul 2022, 13:32

58 yaşlı Boris Conson ötən gün Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının rəhbəri vəzifəsindən istefa verib, lakin o, yeni hökumət başçısı təyin edilənədək vəzifəsinin icrasını davam etdirəcək. 

 

İstefa müraciətində Conson əldə etdiyi nailiyyətlərə görə xalqa təşəkkür edib və Rusiya ilə müharibədə Ukraynaya bundan sonra da kömək edəcəyini bildirib.

 

Siyasi və iqtisadi səhvlərinə baxmayaraq, Boris həmişə dünyanı güldürməyi bacarıb. O, bəlkə də dövrün ən yumorist siyasətçisidir.

 

Modern.az Consonun karyerası ərzində kameralara düşən ən gülməli anlarının görüntülərini təqdim edir:

 

 

Conson 2016-cı ildə mavi dəbilqə taxıb, əlində Britaniya bayrağı ilə xarici işlər naziri olmağını qeyd edir.

 

 

 

Conson seçki kampaniyasında rəqiblərini qabaqlamağa çalışır. 

 

 

Boris həm də futbol oynamağı sevir. 

 

 

O vətəndaşlara təhlükəsiz velosiped sürməyin sirlərini öyrədir.

 

 

2019-cu ildə Şotlandiya səfərində öküzləri sakitləşdirməkdə çətinlik çəkən Conson qaçmağa çalışır. 

 

 

Seçki kampaniyaları zamanı Baş naziri iti tək qoymur. Conson da ondan öpücük almağa çalışır. 

 

 

Conson jurnalistlərə müsahibə verməkdən qaçmır, əksinə danışmağı xoşlayır.

 

 

Baş nazirin hobbilərindən biri də tenis oynamaqdır. 

 

 

O, eyni zamanda xalqın içində olmağı sevir.

 

 

Consonunun Şotlandiya səfərindən maraqlı kadr...

 

 

Consonun saçının rəngi və forması da zaman-zaman müzakirə mövzusu olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı