Modern.az

İtaliya-Azərbaycan əlaqələri daha da genişlənir

İtaliya-Azərbaycan əlaqələri daha da genişlənir

Aktual

14 Fevral 2023, 17:46

Azərbaycanla İtaliya arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməyə uyğun olaraq, Bakı-Roma münasibətləri ən müxtəlif istiqamətlərdə dinamik şəkildə inkişaf edir və son bir ay ərzində dost ölkəni təmsil edən 3 nazirin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin intensivliyinin sübutudur.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun 2020-ci ildə, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfər etdiyini xatırladan millət vəkili qeyd edib ki, rəsmi Romanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünə, suverenleyinə verdiyi dəstək hər zaman prinsipial və ardıcıl xarakter daşıyıb: “İtaliya şirkətləri torpaqlarımızın işğaldan azad edildiyi ilk günlərdən azərbaycanlı həmkarları ilə yanaşı, quruculuq-bərpa işlərində fəal şəkildə iştirak edirlər. Bu xüsusda Azərbaycanın “Azərenerji” və İtaliyanın “Ansaldo” şirkətinin tərəfdaşlığının qeyd edilməsi, qənaətimə görə, mühüm faktordur. “Ansaldo” 170 ildir ki, İtaliyada və dünyanın bir çox ölkələrində olduqca mühüm layihələr həyata keçirən, qlobal enerji sektorunda gerçəkləşdirdiyi layihələrin yüksək keyfiyyət göztəriciləri ilə nümunə olan, böyük nüfuza malik bir şirkətdir. Sözügedən şirkətin Azərbaycanın enerji sektorunda tərəfdaş kimi davamlı iştirakı, ölkəmizin biznes mühitinin qlobal miqyasda təşviqi baxımından da önəm daşıyır”.

 

Azər Kərimli bildirib ki, son bir ay ərzində İtaliyanın müdafiə naziri, energetika nazirindən sonra, şirkətlər və “Made in Italy” nazirinin də ölkəmizə səfər etməsi qarşılıqlı əlaqələrin Azərbaycan üçün mühün əhəmiyyət kəsb edən istiqamətlər üzrə, qarşılıqlı faydalılıq prinsipi əsasında inkişaf etdiyini göstərir:

 

“Enerji sektoru Azərbaycan üçün ənənəvi və prioritet təşkil edən bir sahədir və şübhəsiz ki, bu sahədə İtaliya ilə əməkdaşlıq artıq öz bəhrəsini verib. TAP layihəsi Azərbaycan-İtaliya əməkdaşlığının, təkcə bu iki ölkənin deyil, Cənub Qaz Dəhlizinin keçdiyi bütün ölkələr üçün strateji əhəmiyyətə malik olduğunu təsdiqləyir. Azərbaycanla İtaliyanın enerji sektorundakı əməkdaşlığı getdikcə daha da genişlənir və hər iki ölkənin Avropanın enerji təhlükəsizliyindəki rolunu artırır. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının qarşısında dayanan prioritet vəzifələrdəndir. Avropanın üçüncü ən böyük iqtisadiyyatına sahib olan bir ölkənin şirkətlərinin Azərbaycanın qeyri-enerji sektorunda iştirakı, bi istiqamətdə həyata keçirilən islahatların intensivləşdirilməsi baxımından da əhəmiyyətlidir”.

 

Azərbaycan-İtaliya münasibətlərinin mövcud səviyyəsinin dövlətlərarası faydalı əməkdaşlığın bariz nümunələrindən biri olduğunu qeyd edən millət vəkili, iki ölkə arasındakı əməkdaşlığın bundan sonra da genişlənəcəyindən əminliyini ifadə edib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı