Modern.az

Dağıntıdan sağ çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur

Dağıntıdan sağ çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur

Aktual

15 Fevral 2023, 08:38

Türkiyədə dağıntılar altından çıxarılan 1396 uşaqdan 282-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hazırda 721 uşağın müalicəsi davam etdirilir, 167 uşaq müalicə olunduqdan sonra nazirliyin müəssisəsinə göndərilib. Eyni zamanda 508 uşaq ailəsinə təhvil verilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı