Modern.az

"Azərişıq" sədri Tərtər və Ağdamdan olan vətəndaşları qəbul edəcək

Актуально

15 Fevral 2023, 12:38

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov fevralın 16-da saat 10:00-da Tərtər şəhərində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Bu barədə Modern.az-a qurumdan məlumat verilib.

 

Qəbul Tərtər şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Azərişıq” ASC-nin Tərtər Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.

 

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

 

Qəbulda iştirak etmək istəyən şəxslər Tərtər Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

 

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı