Modern.az

Hədəfimiz tarixi torpaqlarda ədaləti bərpa etməkdir

Hədəfimiz tarixi torpaqlarda ədaləti bərpa etməkdir

Aktual

15 Fevral 2023, 13:40

“Biz bu günə qədər susduqca ermənilər mədəni irsimizə, musiqimizə, hətta karifeylərimizi belə öz adlarına çıxmaqdan utanmadılar və mənimsəmə prosesi təkcə torpaq, el, oba ilə yekunlaşmadı. Ermənilərin tarixi torpaqlarımıza köçürülməsi ilə başlanan prosesdə Göyçədə, İrəvanda, Zəngəzurda, Qaraqoyunlu mahalında min illərin tarixini, ədəbi nümunələrini, folklor beşiyini, dini-milli maddi və mənəvi mədəniyyət nümunələrimizi, etnogenezimizin xristian tarixi köklərini belə mənimsəməyə, darmadağın etməyə çalışdılar və buna müəyyən qədər nail oldular”.

 

Bu qədər həyasız oğru,başqasının milli maddi və mənəvi mədəniyyətinə, mətbəxinə belə sahib olmağa çalışan bir millətlə düşünürəm ki, indiyə qədər çox humanist davranmışıq. Bu gün isə tarixi zəfərimiz bizə milli kimliyimizə sahib çıxmağa, tarixi ədaləti bərpa etməyə sövq edir. Ölkə başçısının bu istiqamətdə siyasi iradəsi, ö bölgələrin miraslarının daşıyıcıları olan insanlarımızın səyləri bizə imkan veriri ki, problemin həllinin işlənmə səviyyəsini, hadisələrin baş vermə zamanı ilə dabanbasaraq addımlayaq və nəticəyə nail olaq. Bu bizim haqq işimizdir və ölkə başçısının dediyi kimi ədalətin bərpası üçündür”.

 

Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi, Qərbi Azərbaycanlıların köç və işğal problemlərinin araşdırıcısı Şəfayət Avılbəyli qeyd edib ki, tarixçilər, etnoqraflar, siyasətçilər, arxeoloqlar, musiqişünaslar, folklorşünaslar, ədəbiyyatşünaslar, söz, sənət adamları, din xadimləri topluma sahib durmaq mövqeyindən çıxış edərək müxtəlif səviyyələrdə mövqe nümayiş etdirməlidirlər.

 

O qeyd edib ki, imperiyanın XIX əsr boyu qədim yurd yerlərimizdə apardığı siyasi proseslər XX yüzillikdə mahiyyətini qorumaqla reallaşdırma baxımından fərqli planların hazırlanmasına da zəmin yaradaraq davam etdirib. Ədəbiyyatda F.Köçərlinin, M.M.Nəvvabın, M.Müctəhidzadənin, C.Cabbarlının, Ə.Ağayevin, M.S.Ordubadinin və başqalarının müxtəlif səviyyələrdə milli kontekstdən bu proseslərə  münasibəti açıq şəkildə olmasa da bolşeviklərin dönəmində onilliklər boyu ciddi qadağalarla, “xalqlar dostluğu və qardaşlığı”, “sovet mədəniyyəti” adı altında örtülü, məqsədli və planlaşdırılmış şəkildə həyata keçirilməsi sirr deyildi.. İkinci dünya müharibəsi və sonrakı dövrdə olanlar bunun tipik örnəkləridir. Mətbuatdakı senzura, sərt siyasi rejim bunun mahiyyətinin açılmasına heç bir vəchlə imkan verməmişdi. Millətçilik damğası vurulması təhlükəsi, etnik-milli məsələlərin kosmopolit dəyərlərə qurban verilməsi dövrün əsas siyasi-ideoloji konsepsiyasını təşkil etmişdi.  

 

80-ci illərin ortalarından başlayan dönəm Qərbi azərbaycanlıların köç, işğal proseslərinin açıq müstəviyə keçməsi baxımından ayrıca mərhələdir.. Daha doğrusu, erməni təcavüzünə gedən yolun sırf  baş verənlər miqyasında siqnallarının açıq şəkildə təhlilə ehtiyacı var.

 

Ermənilərin törətdikləri vəhşilikləri ədəbi mühitdə də daha açıq görmək mümkündür. Biz siyasi mübarizə ilə paralel bütün sahələrdə keçmişimizə sahib çıxmalıyıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı