Modern.az

Siyəzən polisi əməliyyat keçirdi - 3 nəfər saxlanıldı

Siyəzən polisi əməliyyat keçirdi - 3 nəfər saxlanıldı

Актуально

15 Fevral 2023, 14:38

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əlimərdan Cəfərov saxlanılıb. 

 

Həmçinin, Ə.Cəfərovun yaşadığı evə narkotik almaq məqsədi ilə gələn rayon sakinləri V.Məmmədov və R.Əliyev saxlanılıblar.

 

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 5 ədəd şpris, 1 ədəd ampula aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əlimərdan Cəfərovun barəsində həbs qətimkan tədbiri, digər iki şəxsin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı