Emin Əmrullayevdən türkiyəli həmkarına TƏBRİK

Emin Əmrullayevdən türkiyəli həmkarına TƏBRİK

4 İyun 2023, 15:37

Azərbaycanın elm və təhsil naziri Emin Amrullayev Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini təbrik edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviterdə paylaşım edib.

 

“Türkiyənin yeni təyin olunmuş milli təhsil naziri Yusuf Təkini ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, həmkarımla birlikdə ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafına nail olacağıq”, - paylaşımda deyilir.

 

Emin Amrullayev, həmçinin türkiyəli sabiq həmkarı Mahmut Özerə də minnətdarlıq edib.

 

“İki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafına davamlı dəstəyini göstərmiş, Türkiyənin milli təhsil naziri vəzifəsində fəaliyyətini başa vuran cənab Mahmut Özerə dərin minnətdarlığımı bildirir, bundan sonrakı işlərində uğurlar arzulayıram”, - nazir qeyd edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ruben Vardanyan qadın paltarında Qarabağdan çıxmağa çalışıb