Modern.az

Yeni istifadəyə verilən məktəb binasında çatlar yarandı - VİDEO

Yeni istifadəyə verilən məktəb binasında çatlar yarandı - VİDEO

6 Dekabr 2023, 09:22

Masallıda məktəb binasında çatlar yaranıb.

 

Modern.az xəbər verir ki, Masallı rayonu Qızılağac kənd Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbin binasının yeni istifadəyə verilməsinə baxmayaraq, divarları çatlayıb.

 

Müəllimlərin sözlərinə görə, məktəb binası 2021-ci ildə istifadəyə verilib.


Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov bildirib ki, mütəxəssislər məktəbə təkrar baxış keçirəcəklər və bundan sonra müvafiq qərar veriləcək.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır