Modern.az

IV qrupun lideri bu ixtisas üzrə oxumaq İSTƏYİR

IV qrupun lideri bu ixtisas üzrə oxumaq İSTƏYİR

Təhsil

15 İyun 2024, 13:11

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Əhmədova Nəzrin Ramil qızı göstərib.

 

O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.

 

Nəzrin V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunudur.

 

O, təəssüratlarını Modern.az-la bölüşüb.

 

"İmtahan cavablarının çıxmasını səbirsizliklə gözləyirdim. Əvvəlcədən balları hesablamış olsaq da, rəsmi olaraq görmək ayrı bir hissdir. Hədəfim müalicə işi ixtisası üzrə təhsil almaqdır. Təhsilimi gələcəkdə xaricdə davam etdirməyi düşünürəm”.

 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı