Modern.az

Ali məktəblərə qəbul olunmaq istəyən subbakalavrlar - Neçə nəfər qeydiyyatdan keçib?

Ali məktəblərə qəbul olunmaq istəyən subbakalavrlar - Neçə nəfər qeydiyyatdan keçib?

Təhsil

20 İyun 2024, 15:34

Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən subbakalavrların (kollec məzunları) qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, 10 may tarixində başlayan elektron ərizələrin qəbulu 31 iyuladək internet vasitəsilə aparılır.

Modern.az-ın DİM-dən əldə etdiyi məlumata görə, bu günə kimi elektron ərizələri verən subbakalavrların sayı 14 366 nəfər təşkil edir.

Qeyd edək ki, imtahanlarda iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Müsabiqədə iştirak ödənişsizdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi