Modern.az

MİQ üzrə apellyasiya BAŞLAYIR

MİQ üzrə apellyasiya BAŞLAYIR

10 İyul 2024, 19:31

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Azərbaycan dili (rus bölməsi), Azərbaycan dili və ədəbiyyat fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.

 

Bu barədə Modern.az-a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

 

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

 

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi