Modern.az

Yüksək bal toplayanlar Qarabağ Universitetini seçmək İSTƏYİRLƏR

Yüksək bal toplayanlar Qarabağ Universitetini seçmək İSTƏYİRLƏR

17 İyul 2024, 13:04

Artıq qəbul imtahanları yekunlaşıb, önümüzdəki həftələrdə abituriyentlərin ixtisas seçimləri başlayacaq. Bu il ixtisas seçimində ilk dəfə abituriyenlər Qarabağ Universitetini də seçə biləcək. Universitetdə onlarla ixtisas mövcuddur.

 

Modern.az-ın məlumatına görə, qəbul imtahanlarında yüksək bal toplayan bir çox abituriyent ixtisas seçimi zamanı Qarabağ Universitetini ilk sırada seçməyi düşünür.

 

612 bal toplayan Aygün Hüseynova saytımıza açıqlamasında bildirib ki, Qarabağ Universitetindəki güzəşt və təkliflərdən yararlanmaq istədiyi üçün bu seçimi edib:

 

"Məncə, Qarabağ Universitetinə qəbu olmaq şansım 100%-dir. Düşünürəm ki, burada bizi əyləncəli, faydalı tələbəlik illəri gözləyir. Bu universitetlə bağlı qərarımı Şahin Bayramov rayonumuzda çıxış edəndə zaman qərar verdim. Fikrimcə Qarabağ Universiteti hamı üçün maraqlıdır".

 

633.5 bal toplayan Məhəmməd Həsənov isə qeyd edir ki, həm şəhidlərimizə hörmət əlaməti olaraq, həm də o torpaqları qurub-yaratmaq üçün bu seçimi edib:

 

“Düşünürəm ki, Qarabağ Universitetində ən müasir təhsil kompleksi yaradılacaq. Yüksək bal topladığım üçün bu universitetdə təhsil almaq şansımın çox olduğunu düşünürəm. Təhsilimi gələcəkdə də Azərbaycanda davam etdirmək niyyətindəyəm. Elə Qarabağda yaşayıb, burada da davam edəcəyəm".

 

622 bal toplayan və Qarabağ Universitetində təhsil almaq istəyən Ramiq Hüseynov isə deyir ki, Qarabağ Universiteti deyən zaman ilk öncə oradakı şanslar yada düşür, bu da oranı seçmək üçün kifayətdir:

 

“Bizim getməyimiz gələcək abituriyentlərin də qərarında mühüm rol oynayacaq. Məncə, universitetə bu il də marq çox olacaq".

 

Qeyd edək ki, Qarabağ Universitetində pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək. 

 

2024/2025-ci tədris ilində bu ali təhsil müəssisəsində bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:

 

Pedaqoji fakültə

Riyaziyyat müəllimliyi

İbtidai sinif müəllimliyi

Xarici dil müəllimliyi

Azərbaycan dili və ədəbiyyat müəllimliyi

 

İqtisadiyyat fakültəsi

Beynəlxalq ticarət və logistika

İqtisadiyyat

Maliyyə

Menecment

Mühasibat

Dövlət və bələdiyyə idarəetməsi

 

Humanitar və sosial elmlər fakültəsi

Beynəlxalq münasibətlər

Hüquqşünaslıq

Tarix

Psixologiya

 

Mühəndislik fakültəsi

Elektrik və elektronika mühəndisliyi

İnşaat mühəndisliyi

Kompüter mühəndisliyi

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Mexatronika və robototexnika mühəndisliyi

 

İncəsənət fakültəsi

Musiqi müəllimliyi (fortepiano, violin (skripka), klarnet, saksafon, tar, kamança, saz, qanun, nağara, balaban, qarmon)

Dekorativ-tətbiqi sənət (bədii toxuculuq, bədii keramika)

Dizayn (interyer dizayn, qrafik dizayn, geyim dizaynı)

İnstrumental ifaçılıq (tar, kamança, saz, qanun, qarmon, nağara, balaban, fortepiano, violin (skripka), klarnet)

Vokal sənəti (xanəndəlik, milli vokal)

 

Turizm fakültəsi

Turizm işinin təşkili

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri