Modern.az

Tələbə yataqxanalarında aylıq ödəniş nə qədərdir? - VİDEO

Tələbə yataqxanalarında aylıq ödəniş nə qədərdir? - VİDEO

Təhsil

14 Avqust 2024, 23:21

Yeni tədris ilinin başlamasına sayılı günlərin qalması ilə universitet tələbələri kirayə mənzillərlə yanaşı, təhsil aldıqları ali təhsil müəssisələrinin yataqxanalarına da üz tuturlar.

 

Bəs yataqxanalarda qiymət və şərait necədir?

 

Modern.az "Xəzər TV"yə istinadən xəbər verir ki, yataqxana qiymətləri isə qurulan şəraitə və otaqdakı tələbə sayına görə dəyişir.  Bakı Dövlət Universitetində tələbə evi 220 nəfər üçün nəzərdə tutulub. Yataqxana 5 mərtəbədən ibarətdir. Aylıq ödəniş bir nəfər üçün 75 manatdır.

 

Azərbaycan Dillər Universitetinin 2 saylı yataqxanası isə qızlar üçün nəzərdə tutulub. Aylıq ödəniş 30 manat təşkil edir. Oğlanlar üçün olan 1 saylı yataqxanada məcburi köçkünlər yerləşdirildiyindən hazırda tələbələr üçün fəaliyyət göstərmir.

 

Sumqayıt Dövlət Universitetinin tələbə evində isə 1 nəfər üçün ödəniş 50 AZN təşkil edir. Gələcəkdə yeni yataqxananın tikilməsi də nəzərdə tutulur.

 

Azərbaycan Tibb Universitetində yataqxana qiyməti otaqda yaşayan tələbələrin sayından asılı olaraq dəyişir. Dövlət Neft və Sənaye Universitetində 1 nəfər üçün yataqxana qiyməti 100, Azərbaycan Dövlət Pedaqoji Universitetdə 85, Bakı Mühəndislik Universitetində 50, Xəzər Universitetində isə 120-150 manat arasında dəyişir.

 

Daha ətraflı aşağıdakı süjetdə

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ