Modern.az

Mehriban Əliyeva ədalət, humanizm və mərhəmət ünvanı kimi qəbul edilir

Mehriban Əliyeva ədalət, humanizm və mərhəmət ünvanı kimi qəbul edilir

Current

25 Avqust 2021, 09:53

“Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti, bu günə qədər gördüyü işlər onun şəxsiyyətinin və dövlət xadimi kimi nüfuzunun miqyasını göstərir. Məhz onun təşəbbüsü ilə ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət sahəsində unikal layihələr həyata keçirilib. Mehriban xanıma cəmiyyətin kifayət qədər pozitiv münasibətinin arxasında dövlətin, vətəndaşların ümumi mənafelərinin qorunmasına istiqamətlənmiş xidmətləri dayanır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Ramin Məmmədov deyib.

 

Deputat bildirib ki, Birinci vitse-prezidentin beynəlxalq miqyasda ciddi siyasi nüfuz qazanmasının əsas səbəblərindən biri qlobal əhəmiyyətli məsələlərin həllinə verdiyi dəyərli töhfələrdir.

 

Mehriban Əliyevanın dünyada tolerantlığın, mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən bir sıra təşəbbüslərin müəllifi olduğunu xatırladan R.Məmmədov qeyd edib ki, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına müsbət təsir edib:

 

“Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın bütün təşəbbüsləri sülhün və təhlükəsizliyin təmin olunmasına, bəşəri dəyərlərin, dünya mədəni irsinin mühafizəsinə və gələcək nəsillərə ötürülməsinə, ədalətin, bərabərliyin bərqərar edilməsinə istiqamətlənib. Bütün dünyanın indi daha çox ehtiyac duyğuğu bu dəyərlər, prinsiplər naminə atılan hər bir addım şübhəsiz ki, Azərbaycana beynəlxalq ictimai rəydə əlavə dividentlər gətirir. Mehriban Əliyeva Azərbaycan cəmiyyətində ədalət, humanizm və mərhəmət ünvanı kimi qəbul edilir. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyəti Azərbaycanın bir sıra ölkələrlə dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsində mühüm rol oynayıb".

 

Mehriban Əliyevanın bir sıra ölkələrin yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulayan millət vəkili vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidentinin irəli sürdüyü təşəbbüslər ümumbəşəri ideallara xidmət edir:

 

“Mehriban xanımın fəaliyyətinə olan ictimai marağın, eyni zamanda, beynəlxalq ictimai rəydə müsbət imicinin əsas çalarları da məhz onun fəaliyyətinin motivlərinə, məramına istinad edir. Bir tərəfdən, bu gün dünyada öz fəaliyyətini, imkanlarını, bacarığını ümumbəşəri, qlobal əhəmiyyətli məsələlərin həllinə həsr edən dövlət xadimlərinin sayı o qədər də çox deyil. Digər tərəfdən, biz indi tarixin elə bir mərhələsini yaşayırıq ki, bəşəriyyətin belə insanlara həmişə olduğundan daha çox ehtiyacı var. Fərqli coğrafiyalarda baş qaldıran münaqişə və müharibələr, ekoloji böhranlar, təbii fəlakətlər, mədəniyyət abidələrinin qorunması ilə bağlı çətinliklər, sivilizasiyalararası münasibətlərdə müşahidə olunan anlaşılmazlıqlar və digər qlobal miqyaslı problemlər ümumbəşəri məsələlərin həllinə xidmət edən təşəbbüslərin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha aydın göstərməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın fəaliyyətinə ölkədə və beynəlxalq aləmdə yüksək qiymət verilməsi onun fəaliyyətinin nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı