Modern.az

O, insanların gələcəyə olan inamını daha da gücləndirir!  

O, insanların gələcəyə olan inamını daha da gücləndirir!  

Актуально

25 Avqust 2021, 12:39

“Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!” – deyən Mehriban xanım Əliyeva öz fəaliyyəti, dəyərləri, hissləri, cəsarəti və duaları ilə Azərbaycan xalqının və dövlətinin inkişafında və güclənməsində müstəsna xidmətlərə sahibdir.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

  

Komitə sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva həm də fədakar, mehriban, güclü Azərbaycan qadınının, müsəlman qadınının dünyada simvoludur:

 

“Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının səmimi sevgisini qazanıb. Onun xeyirxah əməlləri, milli dəyərlərin qorunmasına yönəlik fəaliyyəti, ölkəmizin xaricdə layiqli tanınmasında göstərdiyi xidmətlər, dövlətimizin möhkəmlənməsində Prezident İlham Əliyevin ən yaxın silahdaşı olması hər birimizin, xalqımızın, dövlətimizin uğuruna onun mühüm töhfəsidir.

 

İqtisadiyyatın inkişafı insanların gələcəyə olan ümid və inamları ilə sıx bağlıdır. Mehriban xanım öz fəliyyəti ilə bütöv bir xalqda gələcəyə olan ümid və inamı artırır, bu inamı daha da zənginləşdirir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı