Modern.az

Vətən müharibəsinin xronikası - 10 günə alınan ərazilər

Vətən müharibəsinin xronikası - 10 günə alınan ərazilər

مورد توجه

6 Oktyabr 2021, 07:57

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb.

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

- Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı, D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

 

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Hər bir hörmət edilən dövlətin vəzifəsi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməkdir.

 

- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin görüntülərini yayıb.

 

- Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin videogörüntülərini yayıb.

 

- Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb

 

- Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

 

- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirədə deyib ki, düşmən tərəfindən “İsgəndər” raket kompleksləri tətbiq olunacağı halda adekvat tədbir görüləcək.

 

- DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən terrorçuların radio danışıqlarını ələ keçirib.

 

- Ermənistan tərəfdən vuruşan daha iki muzdlu-terrorçu məhv edilib.

 

- Ermənistan Silahlı Qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarını atəşə tutub.

 

- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikaların videogörüntüləri yayılıb.

Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb. Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb.

 

- Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu və qənimətlərin yeni görüntülərini yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı